!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Cəmiyyətdə sosial rifah GÖZLƏNTİSİ: “Bütün bu istiqamətlər üzrə işlərə başlanılıb və...”

!Reklam – Yazi

“Qarşıdakı dönəmdə hər birimiz Azərbaycanın daha da inkişaf etmiş güclü ölkəyə çevrilməsinin şahidi olacağıq”.

Bu fikirləri fevralın 7-də keçirilmiş növbədənkənar prezident seçkilərindən sonra cəmiyyətdə yaranan gözləntilərə münasibət bildirən Milli Məclisin deputatı Naqif Həmzəyev Yenicag.az-a açıqlamasında deyib.

Millət vəkili bildirib ki, Azərbaycan xalqı yeni hədəflərə çatmaq üçün İlham Əliyevə növbəti dəfə etimad göstərib:

“Çünki İlham Əliyev fəaliyyətinin 20 ilində hər zaman xalqın etimadını doğruldaraq, ən böyük və ən ağır problemimiz olan Qarabağ məsələsini həll edib. Hər bir vətəndaş Qarabağın və Zəngəzurun cənnət məkanına çevrilməsinin, dədə-baba yurdundan qovulan bir milyona yaxın məcburi köçkünün öz torpaqlarına geri qaytarılmasının arzusundadır.

Əlavə olaraq, indi qarşıda duran əsas məsələlərdən biri sosial rifahın daha da yüksəldilməsidir. Bütün bu istiqamətlər üzrə işlərə başlanılıb. Eyni zamanda, ölkəmiz çox həssas regionda yerləşir və o baxımdan, Azərbaycan Cənubi Qafqazda sülhün qarantı ola bilər.

Bunu təmin edə biləcək yeganə lider məhz İlham Əliyevdir. Ona görə də xalq İlham Əliyevə və onun həyata keçirdiyi uğurlu siyasət inanır. Qarşıdakı 7 il ərzində hər birimiz Azərbaycanın daha da inkişaf etmiş güclü ölkəyə çevrilməsinin şahidi olacağıq”.

Nəsimi Ələsgərli

COP29

www.yenicag.az

1963
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv