!Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Azersun New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Cəmiyyəti qıcıqlandıran “İSRAFÇILIQ” ŞƏRHİ: “Uzun müddət parlamentdə otursalar da, siyasətçi ola bilmirlər” – REAKSİYA

“Dərin təcrübəyə malik insanlar həssas mövzularda danışarkən, çox diqqətli olmalıdırlar”.

Bu fikirləri deputat Eldar Quliyevin çörəyin bahalaşması fonunda insanların “israfçılığı” haqda cəmiyyətdə qıcıq doğuran açıqlamasına münasibət bildirən siyasi şərhçi Azər Həsrət Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, həssas məsələlərlə bağlı fikir bildirən şəxslər cəmiyyətin təpkisini nəzərə almalıdırlar:

“Öncə onu qeyd etməliyik ki, cəmiyyəti maraqlandıran hər hansı həssas mövzuya dair fikir bildirən zaman çox diqqətli olmaq lazımdır. Məhz həmin diqqətsizliyin, cəmiyyətin təpkisini nəzərə almamağın nəticəsidir ki, belə açıqlamalarla rastlaşırıq.

Əslində, uzun illərin təcrübəsinə malik insanlar bu kimi hallarda daha diqqətli davranmalıdırlar. Lakin təəssüf ki, konkret indiki halda bunun şahidi olmuruq. Görünür, bu da onunla bağlıdır ki, bir çoxları uzun müddət parlamentdə otursalar da, siyasətçi ola bilmirlər, yetərli siyasi təcrübə qazanmırlar.

Ona görə də məsələnin həssaslığını nəzərə almadan verdikləri açıqlamalar cəmiyyətdə əsəb və qıcıq doğurur. Yenə deyirəm, hər kəs, xüsusilə də deputatlar belə hallarda maksimum diqqətli olmalıdırlar”.

A.Zeynalov

www.yenicag.az

379
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100