“Liverpul” – “Roma” matçında 7 qol

media-hightechnic-468x90

Bu Çempionlar Liqasında yarımfinal mərhələsinə start verilib.

Yenicag.az xəbər verir ki, “Liverpul” doğma azarkeşləri önündə “Roma”nı qəbul edib.

“Mançester Siti” və “Barselona” kimi nəhəngləri mübarizədən kənarlaşdıran komandaların duelinin gərgin və maraqlı keçəcəyi heç kimdə şübhə doğurmurdu. Belə də olub. Bütövlükdə 7 qolun vurulduğu oyun meydan sahiblərinin qələbəsiylə başa çatıb.

Çempionlar Liqası

Yarımfinal (ilk oyun)

24 aprel

“Liverpul” (İngiltərə) – “Roma” (İtaliya) 5:2

Qollar: Məhəmməd Salah, 36; 45. Sadio Mane, 56. Roberto Firmino, 62; 69 – Edin Dzeko, 81. Dieqo Perotti, 85-pen.

Baş hakim: Feliks Brix (Almaniya)

Liverpul, “Enfild Roud” stadionu

Qeyd edək ki, yarımfinalın növbəti dueli sabah baş tutacaq. “Bavariya” doğma meydanda “Real”ı qəbul edəcək.

Mövzu ilə əlaqədar

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600