“Liverpool” Luis Diası bu qiymətə SATA BİLƏR – Katalonlar “elçi” düşdü
“Liverpool” klubunun kolumbiyalı ulduzu Luis Diasın növbəti dayanacağı İspaniya ola bilər.
Yenicag.az xəbər verir ki, bu barədə “Mundo Departivo” məlumat yayıb.
Qəzetin verdiyi məlumata görə “Barcelona” klubu 28 yaşlı oyunçunu heyətinə qatmaqda maraqlıdır. Rafinya və Lamin Yamalı əvəz edə biləcək hücumçu axtarışında olan Katalon klubu “Liverpool” ilə danışıqlar masasına oturmağa hazırdır.
Bildirilib ki, “Mersisayd”lıların şərəfini qoruyan kolumbiyalı ulduz “Barcelona”nın idman direktoru Deko üçün bu mövsümün əsas transfer hədəfidir. Nəşr yazır ki, alman baş məşqçi Hansi Flik də transferə müsbət yanaşaraq bu keçidə yaşıl işıq yandırıb.
“Qərar verməyin vaxtı gəlib. “Barcelona” bir müddətdir ki növbəti mövsüm üçün bazar variantlarını nəzərdən keçirir. Hansi Flik və Deko dünən olduğu kimi, bu gündə heyəti təkmilləşdirmək üçün görüşüblər. Bu mənada, prioritet cinah oyunçusunun imzalanması olaraq qalır”, – deyə agentliyin jurnalisti Xavyer Munoz əlavə edib.
Xatırladaq ki, 28 yaşlı hücumçunun Liverpul təmsilçisi ilə müqaviləsinin başa çatmağına 2 il qalıb. Qeyri-rəsmi xəbərlərə görə, transferin baş tutması üçün katalon klubu təxminən 70-75 milyon avro ödəməlidir. “Mersisayd” təmsilçisinin hücumçusu cari mövsüm bütün müsabiqələrdə 49 oyunda meydanda olaraq 17 dəfə fərqlənmiş, 8 məhsuldar ötürmə ilə yadda qalıb.
Göycə Göycəyev