Bu gün Çempionlar Liqasında II təsnifat mərhələsinə start veriləcək.
Yenicag.az xəbər verir ki, ilk oyunlar çərçivəsində 12 qarşılaşma baş tutacaq.
Bu görüşlərdən 10-u Çempionlar yolunda olacaq. Öz ölkəsinin ən güclüsü olmayanlar da Liqa yolunda mübarizəyə başlayacaqlar.
Ümumilikdə, bu gün 5, sabah 7 görüş keçiriləcək. Azərbaycan çempionu “Qarabağ” İrlandiyada “Dandolk”un qonağı olacaq.
Qeyd edək ki, II təsnifat mərhələsinin cavab oyunları 30-31-də keçiriləcək.
Çempionlar Liqası
II təsnifat mərhələsi, ilk oyunlar
23 iyul
Liqa yolu
21:00. “Viktoriya” (Çexiya) – “Olimpiakos” (Yunanıstan)
22:00. PSV (Hollandiya) – “Bazel” (İsveçrə)
Çempionlar yolu
21:30. “Saburtalo” (Gürcüstan) – ”Dinamo” (Xorvatiya)
22:00. TNS (Uels) – “Kopenhagen” (Danimarka)
22:15. “Sutyeska” (Monteneqro) – APOEL (Kipr)
24 iyul
21:00. BATE (Belarus) – “Rusenborq” (Norveç)
22:00. ÇFR (Kluj, Rumıniya) – “Makkabi” (Təl-Əviv, İsrail)
22:00. “Ferensvaroş” (Macarstan) – “Valletta” (Malta)
22:15. “Maribor” (Sloveniya) – AIK (İsveç)
22:45. “Seltik” (Şotlandiya) – “Nomme Kalyu” (Estoniya)
22:45. “Srvena Zvezda” (Serbiya) – HİK (Finlandiya)
22:45. “Dandalk” (İrlandiya) – “Qarabağ” (Azərbaycan) /APA/
www.yenicag.az