Kriştianu Ronaldo 6 fərqli dünya çempionatında qol vuran ilk futbolçu oldu

media-hightechnic-468x90

Portuqaliya millisinin kapitanı Kriştianu Ronaldo futbol tarixində növbəti rekorduna imza atıb. 41 yaşlı hücumçu dünya çempionatları tarixində altı fərqli mundialda qol vuran ilk futbolçu kimi adını tarixə yazdırıb.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, Ronaldo bu nailiyyətə dünya çempionatının qrup mərhələsinin ikinci turunda Özbəkistan millisinə qarşı keçirilən oyunda çatıb. O, görüşün 6-cı dəqiqəsində rəqib qapısına yol taparaq komandasını hesabda önə keçirib. Bununla da portuqaliyalı ulduz indiyədək Lionel Messi ilə bölüşdüyü rekordu təkbaşına sahiblənib.

Bu qol Ronaldoya daha bir tarixi göstərici qazandırıb. O, dünya çempionatlarında 40 yaşdan yuxarı yaşda qol vuran ikinci futbolçu olub. Mundiallar tarixində bu rekordun sahibi isə Kamerun millisinin əfsanəvi hücumçusu Rocer Milladır. Milla 1994-cü il dünya çempionatında 42 yaşında olarkən Rusiya yığmasının qapısına qol vurmuşdu.

Kriştianu Ronaldo zəngin karyerası ərzində beş dəfə UEFA Çempionlar Liqasının qalibi olub, Portuqaliya millisi ilə Avropa çempionu adını qazanıb və iki dəfə UEFA Millətlər Liqasını başı üzərinə qaldırıb. O, həmçinin milli komandalar tarixində ən çox qol vuran futbolçu olmaqla yanaşı, Avropa çempionatları, UEFA Çempionlar Liqası və klublararası dünya çempionatlarında da qol rekordlarının sahibidir.

Hazırda Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun formasını geyinən Ronaldo karyerası ərzində “Sportinq”, “Mançester Yunayted”, “Real Madrid” və “Yuventus” kimi nəhəng klublarda çıxış edib. Beşqat “Qızıl Top” sahibi olan portuqaliyalı futbolçu 41 yaşında da dünya futbolunda rekordlar qırmağa davam edir.

Qeyd edək ki, dünya çempionatı ABŞ, Kanada və Meksikada keçirilir və turnir iyulun 19-da başa çatacaq.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05