Cənubi Qafqaz üçün BÖYÜK TƏHLÜKƏ: “Əgər müharibə olacaqsa...”
“İran-ABŞ toqquşması Cənubi Qafqazı da bürüyə bilər”.
Bu sözləri İran-ABŞ toqquşması baş verəcəyi təqdirdə bunun Cənubi Qafqaza təsirini Yenicag.az-a dəyərləndirən politoloq Qabil Hüseynli deyib.
Onun sözlərinə görə, İranın vurulması Cənubi Qafqazı çətin vəziyyətə sala bilər:
“İran ABŞ toqquşması Cənubi Qafqazı da bürüyə bilər. Bu toqquşma birinci ona görə narahatedicidir ki, orada olan əhalinin 60-dən çoxu azərbaycanlılardır. Əgər müharibə olacaqsa, böyük qaçqın dalğası ilə regionumuz üz-üzə qala bilər. Qaçqın axınının hansı nəticələr verdiyini biz suriyalıların Türkiyəyə axın etməsindən bilirik.
Trampın sərsəm bəyanatları isə onu deməyə əsas verir ki, müharibə olacaq. Əgər olacaqsa, Cənubi Qafqazın təhlükəsizliyi məsələsi də önəmli olacaq. Çünki təxribatlar da mümkündür. Ona görə də bu müharibə özü ilə böyük fəlakətlər gətirəcək”.
Səxavət Məmməd