!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Cənubi Qafqazda hazırlanan YENİ SAVAŞ: “Sərhəd təxtribatı Ermənistandakı reavnşist qüvvələrin...”

!Reklam – Yazi

“Azərbaycan və Ermənistan müharibənin yenidən alovlanmasını istəməsə də, bunda maraqlı olan qüvvələr regionda gərginliyi artıracaq”.

Bu fikirləri Ermənistan tərəfindən törədilən son sərhəd təxribatını və Azərbaycanın cavab tədbirlərini dəyərləndirən ehtiyatda olan polkovnik, hərbi ekspert Rövşən Məhərrəmov Yenicag.az-a açıqlamasında deyib.

Rövşən Məhərrəmov bildirib ki, sərhəddəki son gərginliyin arxasında Ermənistandakı revanşist qüvəvlər dayanır:

“Ermənistan silahlanmanı davam etdirdiyi şəraitdə bu ölkədəki “beşinci kolon” da fəaliyyətini aktivləşdirir. Ermənistanda baş nazir Paşinyana tabe olmayan qüvvələr mövcuddur. Güman edirəm ki, bu təxribat son zamanlar Avropada Azərbaycana qarşı artan təzyiqlər fonunda Rusya xarici işlər naziri müavinin məlum açıqlamasının doğurduğu nəticədir.

Azərbaycan Dövlət Sərhəd Xidmətinin qüvvələri ermənilərin təxribatını cavabsız qoymadı. Ermənistanın rəsmi qurumları açıqlama verdi ki, sərhəddəki insident və onu törədənlərlə bağlı araşdırma aparılacaq. Eyni zamanda, ola bilsin, bu təxribatın törədilməsində maraqlı olan başqa qüvvələr də var. Konkret desək, Avropa İttifaqının Ermənistandakı müşahidə missiyası Azərbaycana təzyiq üçün belə bir təxribatı stimullaşdırsın. Azərbaycan və Ermənistan müharibənin yenidən alovlanmasını istəməsə də, bunda maraqlı olan qüvvələr regionda gərginliyi artıracaq.

Lakin bütün hallarda sərhədçilərimiz yüksək operativliklə qisas əməliyyatı keçirdilər. Nəticədə qarşı tərəfdən iki nəfər məhv edilib, bir neçəsi isə yaralanıb. Ümumiyyətlə, bu təxribatı törətdiyi bildirilən “Yerkrapa” könüllülərinin sərhəddə sərbəst hərəkət etmələrri məndə şübhə yaradır. O qurup Birinci Qarabağ müharibəsində də iştirak edib. Fikrimcə, bu sərhəd təxtribatı Ermənistandakı reavnşist qüvvələrin işidir və onlar da layiqli cavablarını aldıılar”.

Səxavət Məmməd

COP29

www.yenicag.az

677
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv