Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Azersun New 160×600
Ziraat Bank New 768×90 / 320×100

"Cənubi Qafqazda münaqişə ocağının qalması iqtisadi gəlirlərin əldə edilməsindən önəmli deyil" - RƏY

Reklam: High Technic

“Avropa İttifaqının gdekabrın 15-də Brüsseldə keçiriləcək “Şərq Tərəfdaşlığı” sammiti çərçivəsində görüşündən öncə Kremlin ölkə liderlərini Soçiyə dəvət etməsi Rusiyanın prosesdə bir nömrəli iştirakçı olmasının sübutudur”.

Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyanın planlaşdırlan görüşünün mümkün nəticələrini şərh edərkən siyasi şərhçi Tehran Orucoğlu Yenicag.az-a açıqlamasında səsləndirib.

Eksperet bildirib ki, yaşanan son gərginliklər Əliyevlə Paşinyanın görüşünü labüd edib:

“Düşünürəm ki, hər iki görüş olduqca vacibdir. Nəzərə almaq lazımdır ki, 319 gün sonra Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri üz-üzə görüşəcəklər. Xüsusən Soçi görüşündə delimitasiya və demarkasiya prosesi ilə bağlı mühüm razılıq əldə edilə bilər. Bu müzakirələrin ikinci əsas mövzusu həm Əliyevin, həm də Paşinyanın Dağlıq Qarabağ münaqişəsinə birdəfəlik son qoymaq üçün sülh sazişi mərhələsinə keçmək istəyi olacaq. Təbii ki, sülh müqaviləsindən öncə atılacaq addımlar kifayət qədər çoxdur. Burada daha çox iş Paşinyanın üzərinə düşür. Çünki Paşinyan 3 “cəbhə”də mübarizə aparır. Daxili auditoriyanı tənzimləməli, revanşist qüvvələri razı salmalı və Qərblə Rusiya arasında münasibətləri tənzimləməlidir. Sülh müqaviləsinin imzalanması üçün səylərin göstərilməsini gecikdirən məqam və ya məqamlar Ermənistanla bağlıdır”.

Tehran Orucoğlu hesab edir ki, istər Aİ, istərsə də Rusiya münasibətlərin stabilləşməsi və tutarlı razılığın əldə edilməsində maraqlıdırlar:

“On il öncə Cənubi Qafqazda münaqişə ocağının olması bir çox ölkələrə sərf edirdi. Hazırda isə vəziyyət dəyişib. İqtisadi əlaqələrin qurulması üçün Azərbaycan önəmli tərəfdaşdır. Rusiya-ABŞ münasibətləri, İrana qarşı embarqolar, türk ölkələrinin yeni iqtisadi maraqları da prosesə təsir edir. Çinin yeni iqtisadi nəqliyyat planları işğaldan azad edilən ərazilərdən, Zəngəzur dəhlizindən keçir. Bu gün Cənubi Qafqazda münaqişə ocağının qalması iqtisadi gəlirlərin əldə edilməsindən önəmli deyil. Artıq Rusiya da bunu başa düşür. Söhbət milyardlarla dollardan gedir. Qlobal dünyanı götürsək, görərik ki, iqtisadiyyat sülhün təməlidir. Bu münasibətlər mövcuddur. Ona görə də Rahat deyə bilərik ki, münaqişə geridə qaldı. Münaqişənin olmaması isə adını sadaladığımız ölkələrə yalnız qazandıracaq”.

Qeyd edək ki, dekabrın 15-də Brüsseldə keçiriləcək Şərq Tərəfdaşlığının Zirvə sammiti çərçivəsində Azərbaycan və Ermənistan başçılarının görüşü nəzərdə tutulub. Azərbaycan sammitdə iştirakını təsdiqləyib.

www.yenicag.az

611
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100