!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Cərimələrlə bağlı XƏBƏR: “Azərbaycanda bu müşahidə edilə bilər” - HÜQUQŞÜNAS

!Reklam – Yazi

“Bizə qonşu olan Gürcüstan və digər dövlətlərdə insanlara yazılan cərimələr bağışlandı. Azərbaycanda da bu hal müşahidə edilə bilər”.

Bunu Azərbaycanda COVİD-19 pandemiyası dövrü tətbiq edilən cərimələrə pandemiya bitdikdən sonra amnistiya elan edilməsi ehtimalından danışan Siyasi və Hüquqi Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Xəyal Bəşirov Yenicag.az-a açıqlamasında deyib.

O, bildirib ki, bəzi ölkələrdə pandemiya dövrü tətbiq olunan cərimələr amnistiyaya düşüb:

“Bir məsələni aydınlaşdırmaq lazımdır, pandemiya dövrü tətbiq olunan cərimələr ləğv olunmadı, bağışlandı. Bizə qonşu olan Gürcüstan və digər dövlətlərdə insanlara yazılan cərimələr bağışlandı. Azərbaycanda da bu hal müşahidə edilə bilər. Cinayət törədən şəxslər bağışlanırsa, inzibati cərimə olunan şəxslər niyə bağışlanmasın?

COVİD-19 pandemiyası dünya miqyasında artıq pandemiya statusunu itirib. Dünyanın bir sıra dövlətlərində xüsusi karantin rejimi ləğv edilib. Bu səbəbdən yazılan cərimələrə də amnistiya tətbiq olunub.

Azərbaycanda yazılan cərimələrdə dövlət insanlara qarşı məcburetmə tədbiri həyata keçirmir. Müəyyən qədər yumşaq yanaşma tərzi sərgiləyir. Azərbaycanda da xüsusi karantin rejiminin bitməsi ilə bağlı məsələ olarsa, dövlətin cərimələrin bağışlanması üzrə addım atacağını hesab edirəm”.

Nəsimi Ələsgərli

www.yenicag.az

324
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv