Ceyhun Sultanovun evinə oğru girdi – Film kimi hadisə

“Neftçi”nin idman direktoru Ceyhun Sultanovun evini yarıblar.

Bu barədə Yenicag.az-a klub rəsmisinin özü məlumat verib.

Hadisə, Yasamal rayonu Şəfaət Mehdiyev 1054 ünvanında baş verib. Oğurluq baş verən zaman Sultanov ailəsi ilə birlikdə Tiflis şəhərində olub:

“Ailəmlə birlikdə Yeni ili qeyd etmək üçün Tiflisə getmişdim. Gələndə gördüm ki, evi yarıblar. Hadisə ayın 1-dən 2-nə keçən gecə baş verib. Həyətə girəndə gördüm ki, polislər dayanıb. Qonşumdan soruşdum ki, nə məsələdir? Sən demə, onun da evinə oğru girib. Yuxarı qalxanda qapını açmaq istədim, gördüm, “ruçka” əlimdə gəldi. İçəri girdim ki, mənim də evimi soyublar. Qızıl, şuba, əllərinə nə keçib aparıblar. Evdən getdiyimi bir aşağıdakı komendant bilirdi, vəssalam. Şübhələndiyim adam da yoxdur. Evə də binanın damına çıxaraq, ordan iplə giriblər. 19-cu mərtəbədəki evi yarandan sonra, düşüb 11-ci mərtəbəyə mənim evimi soyublar. Mən belə oğurluq görməmişdim”.

Faktla bağlı araşdırma başlanıb.

Emin Səfərov

COP29