"Siqaretin qiyməti artdıqca qara bazar canlanacaq" - İqtisadçıdan bahalaşmanın PƏRDƏARXASI

media-hightechnic-468x90

“Azərbaycanda tütün məmulatlarının qiymətinin artması mütəmadi baş verir və bu, aksiz vergiləri və digər vergi dərəcələrinin artması ilə əlaqədardır.”

Bu fikirləri Yenicag.az-a açıqlamasında Respublikaçı Alternativ Partiyasının (REAL) Siyasi Komitəsinin sədri, iqtisadçı Natiq Cəfərli bildirib.

media-1754732690-natiq_ceferli-1

“Yəni maya dəyəri yüksəlir, çünki vergiləri artır, o zaman da qiymətlər yüksəlir. Bu sosial bir məsələ deyil. Qiymət artımı narazılığa da səbəb ola bilmir. Belə bir irad bildirdikdə rəsmi qurumlar deyirlər ki, siqareti tərgidin, zərərlidir, sağlamlığınıza zərər vurur, qiyməti də ona görə qaldırırıq ki, cibinizə ziyan dəysin və siqareti tərgidəsiniz. Ərzaq qiymətlərinin artımında, müxtəlif məsələlərin vergi artımlarına irad bildirmək olar, amma siqaret və alkoqollu içkilərdə etiraz etmək olmur”.

N. Cəfərli qeyd edib ki, problem odur ki, Azərbaycanda qiymətlər kəskin artanda, qonşu ölkələrdə daha ucuz olanda qaçaqmalçılıq artır.

“Bax bu isə ciddi bir problemdir. Siqaretin qiyməti artdıqca qonşu ölkələrdən qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən siqaretin həcmində artım olacaq”.

Sona Əliyeva

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 22.12.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa