Cəzaçəkmə müəssisəsinə konfetlərin içində “patı” keçirmək istədi

media-hightechnic-468x90

Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində 6 saylı cəzaçəkmə müəssisəsinə psixotrop maddə keçirilməsinin qarşısı alınıb.

Yenicag.az xəbər verir ki, bu barədə Penitensiar xidmətdən bildirilib.

Məhkum Mövsüm Vaqif oğlu Mövsümova tanışı tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman konfetlərin içərisində xüsusi üsulla gizlədilmiş ümumi çəkisi 8,101 qram metamfetamin aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxslərə qadağan olunmuş əşyaların verilməsi və ya ötürülməsinin cinayət məsuliyyətinə səbəb olduğu bir daha vətəndaşların diqqətinə çatdırılır.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600