CHP və “Zaman” ermənilərin “Türkiyə, soyqırımı tanı” aksiyasına dəstək verdi – FOTOFAKT – Yenilənib
Ermənilərin Türkiyə əleyhinə keçirdikləri yürüşü “Zaman” qəzeti “Ədalət yürüşü” olaraq, yayımladı
Erməni “Agos” qəzeti baş redakoru Hrant Dink, ölümünün 8-ci ildönümündə Taksimdə anıldı. Əvvəlki illərdə olduğu kimi Cümhuriyyət Xalq Partiyası üzvlərinin də dəstək verdiyi aksiyaya yalançı “soyqırımı tanıma” istəyi damğa vurub.
Yenicag.az-ın məlumatına görə, “Agos” önünə toplaşan qrup “Hrantla və Soyqırımla üzləş” şüarı açılıb.
Bu ermənilərin Hrantdan növbəti dəfə yararlanma cəhdi kimi qiymətləndirilib. Görünən odur ki, 2015-ci ildə Türkiyəyə təzyiq etmək üçün ölümündən öncə sevmədikləri Hrantdan istədikləri qədər istifadə edəcəklər.
Qeyd edək ki, “Agos” Türkiyə ermənilərinin əsas qəzetlərindən biridir. Hrant Dink isə 19 fevral 2007-ci ildə redaksiyanın önündə öldürülüb. Öldürən təlimatı polis agenti Erhan Tunceldən aldığını bildirib. Tuncel isə Hrant Dinkin öldürüləcəyinə dair “böyük abilər”ə məlumat verdiyini, lakin heç bir tədbir görülmədiyini söyləmişdi. Onun “böyük abilər” dediyi Ramazan Akyürək və Ali Fuat Yılmazer Fətullah Gülən Terror Örgütü üzvü olmaq ittihamı ilə həbs olunublar.
***
Türkiyədə fəaliyyət göstərən azərbaycanlı jurnalist Furkan Azəri CHP-nin həmin aksiyada iştirakı ilə bağlı şok fotoqraf paylaşıb. Belə ki, həmin şəkildə açıq şəkildə görünür ki, Türkiyədən saxta soyqırımı tanımağı tələb edən erməni şüarını daşıyanlardan üçü Cümhuriyyət Xalq Partiyasından olan millət vəkilləridir: Şafaq Pavey, Seçkin Tanrıkulu və Umut Oran. Hər üç deputat Kamal Kılıçdaroğlu dönəmində CHP-də ulduzu parlayan şəxslərdir. Bu deputatlar artıq Türkiyə əleyhinə düşmənçiliklərini gizlətmirlər.
***
Qeyd edək ki, erməniləri sadəcə CHP dəstəkləməyib. Son iki seçkidə CHP ilə ortaq hərəkət edən Fətullah Gülənə bağlı “Zaman” qəzeti də ermənilərin Türkiyədən “Soyqırımı tanı” yürüşünü “ƏDALƏT YÜRÜŞÜ” olaraq, manşetdən verib.
Bundan başqa “Zaman” qəzeti manşetdən “Hamımız erməniyik” şüarını da yayınlayaraq, bir daha erməni dostu, türk düşməni olduğunu ortaya qoyub.
Qeyd edək ki, Türkiyə baş naziri Əhməd Davudoğlu Güləni erməni diasporu ilə ittifaq quraraq, Türkiyəyə qarşı bərabər hərəkət etməkdə ittiham etmişdi. Bu fotoqraflar əslən erməni yəhudisi olan Gülənin əslinə döndüyünün rəsmidir:
Yenicag.az