Cihangir İşbilir: “Azərbaycan dara düşdüyümüz hər an həmişə köməyimizə qaçıb”
“15 iyul 2016-cı ildəki çevriliş gerçəkləşsəydi, bu gün Türkiyə və Azərbaycan arasındakı ittifaqdan və türk dünyasının gələcəyindən bəhs edə bilməyəcəkdik”
Bunu Yenicag.az-a videomüsahibəsində “Türkiyə-Azərbaycan Qardaşlıq Forumu”nda iştirak edən Türkiyənin Azərbaycandakı səfirliyinin media müşaviri Alptekin Cihangir İşbilir deyib.
Onun sözlərinə görə, Yaxın Şərqdə və Cənubi Qafqazda, türk dünyasında bambaşqa bir təhlükəsizlik və beynəlxalq münasibətlər baş verəcəkdi:
“Azərbaycan dara düşdüyümüz hər an həmişə köməyimizə qaçıb. Türkiyə də Azərbaycana analoji köməkləri edib. Bizim qardaşlığımız sadəcə tarix və ədəbiyyat kitablarında yazılan sözlərdən ibarət deyil”.
Daha ətraflı videomaterialda:
Rafi Müslümov
Samir Məcidov