!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Çılpaq fotoları yayılan 21 yaşlı Azərbaycanlı aktrisa: “Sevgilimi nazir oğluna dəyişmərəm”

!Reklam – Yazi

Gözəlliyi hər yerdə ona yaşıl işıq yandırıb. “Miss şarm Azərbaycan 2014” yarışmasının qalibi olandan sonra model kimi fəaliyyət göstərib. Daha sonra cazibədarlığına görə rejissorlar onu filmlərinə dəvət ediblər. Aktrisa kimi isə daha çox “Vicdan haqqı” serialındakı Fira roluna görə tanınıb. Bu, 21 yaşlı gözəl Natəvan Əfəndiyevadır.

Yeniçağ.az-a müsahibə verən Natəvanı cəsur fikirlərinə görə topa tutanlar da yəqin az olmayacaq.

18361792_253859241745204_2143930148_n– Natəvan, model kimi fəaliyyət göstərmisən, bəs necə oldu ki, “Vicdan haqqı” serialında rol aldın?

– Mən “Miss şarm Azərbaycan 2014” yarışmasının qalibi olmuşam və model kimi bir çox layihələrim olub. Sosial şəbəkədə də tanınmış model kimi bu layihələrlə bağlı fotolarımı paylaşıram. Rejissor Rövşən İsax o fotoları görüb, simamı bəyəndi və “Vicdan haqqı” serialına dəvət etdi. Fira obrazını canlandırandan sonra istedadlı olduğumu dedi. Ardınca başqa filmlərə də çəkildim.

– Fira sevib-sevilsə də, kənarda qalan bir qız obrazıdır. Digər bir filmdə isə ifritə xarakterli rol oynamısan. Ümumiyyətlə, hansı rolları özünə daha yaxın sayırsan?

– Sevgili, ifritə, döyüşçü… Mən heç vaxt məsum, sakit qız obrazını yarada bilmərəm.

– Niyə?

– Çünki bu obrazlar mənlik deyil, özümü o rollarda görmürəm.

– Həyatda necə, ifritəliyin varmı?

– Güldürdün məni. Əlbəttə hər bir şarmlı xanımın ifritəliyi də olmalıdır. İfritəlik olmasa, qələbələr də olmaz.

18386730_253859211745207_738126121_n– Nə mənada?

– Bu həyatdır, onun da öz qanunları var. Bizim sənət yolu elədir ki, burda saf və sakit olsan, itib-batarsan.

– Səncə, bir qadının kişi üzərində ən böyük qələbəsi nədir?

– Özünü sevdirmək və onu özünə bağlamaq. Bu, artıq qadının qələbəsidir.

– Səncə, kişilər hansı qadınlardan qaçır?

– Deyə bilmərəm, hələ həyatımda kişi olmayıb. Amma məncə, kişilər tələbkar xanımlardan qaçır.

– Belə gözəl xanımın həyatında kişinin olmaması nəsə inandırıcı deyil…

18386944_253859175078544_526070444_n– Hələ 21 yaşım var, inşallah olar.

– Yəni heç sevgi yaşamamısan?

– Bu, bir ürək məsələsidir, sevdiyim var. Allah nəsib etsə, sonu yaxşı olar.

– Hansı tip kişilər səni daha çox cəlb edir?

– Yaraşıq önəmli deyil, ziyalı olması yetər.

– Yəni meymundan bir balaca fərqlənsə, bəsdir?

– Hə.

18447884_253859158411879_1595304508_n (1)– Sevdiyin oğlan yaraşıqlıdır?

– Deyilənə görə yox, amma mənim gözümdə yaraşıqlıdır.

– Gözəl qızsan, heç kişilər sənə xoşagəlməz təkliflər edir?

– Olur, amma ciddiyə almıram. Həm də mən ata tərəfdən ziyalı nəsildənəm. İlyas Əfəndiyevin yaxın qohumuyam. Mənə artıq söz deyilə bilməz.

– Fahişə obrazına, yataq səhnəsinə çəkilməyə razılıq verərsən?

– Kino qadağaları sevmir, təklif eləsələr, fahişə obrazına da çəkilərəm. Sənətdə uğur qazanmaq istəyən aktrisa üçün sərhəd olmamalıdır. Qadağa olsa, ortada uğurlu iş də olmayacaq.

18449943_253859235078538_1615913738_n– Yataq səhnəsi üçün yəqin qonorar şərtlərin də fərqli olar?

– Azərbaycanda serial bazarı yeni yaranır. Deyim ki, 100 min istəyirəm, real olmaz. Amma qonorarsız da çəkilmirəm. Hər halda bu, danışıqlardan asılıdır.

– Amma bir çox həmkarların yataq səhnəsinə çəkilməkdən imtina edir, mentaliteti bəhanə gətirirlər.

– Qoy elə mən filmdə bir kişinin sevgilisi olum, amma həyatım tər-təmiz olsun, heç kim onda heç nə danışmayacaq.

– Sənin sosial şəbəkədə açıq-saçıq fotoların da yayılıb, heç təhqir yazanar olur?

18387018_253859055078556_1577804890_n– Eşitməmişəm. Şəxsi həyat bərbad gündə olanda, nə qədər bağlan yenə danışacaqlar. Şəhərimiz balacadır, hamı bir-birini gözəl tanıyır.

– Puluna görə hansısa varlı məmur, ya iş adamıyla sevgili olardın?

– Məmurları harda görürəm ki, onlar da mənə sevgi təklifi eləsin? Bəlkə də görüblər, amma hələ mənə söz çatmayıb. Sevdiyim insan subaydır, amma imkanlı deyil. Ziyalı ailəsi var. 4 illik sevgilimi nə nazir oğluna, nə də London qrafına dəyişmərəm.

Cəvahir Səlimqızı
Yeniçağ.az

www.yenicag.az

7877
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv