Çimərlik futbolu üzrə millimiz Avropa Superfinalına vəsiqə qazandı

media-hightechnic-468x90

Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Avropa çempionatının I seçmə mərhələsində (EBSL) sonuncu oyununu keçirib.

Yenicag.az xəbər verir ki, Liqasının A qrupunda yer alan yığma üçüncü görüşündə Litva ilə qarşılaşıb. İspaniyanın El Puerto de Santa Maria şəhərində təşkil olunan görüş rəqibin 4:3 hesablı qələbəsi ilə yekunlaşıb. Komandamızın heyətində hər üç qolu Orxan Məmmədov vurub.

Beləliklə, qrupu 5 xalla ikinci pillədə başa vuran Sahib Məmmədovun yetirmələri Avropa Superfinalına vəsiqə qazanıblar. Millimiz sentyabrın 7-14-ü aralığında İtaliyada təşkil olunacaq Superfinalda mübarizə aparacaq. Səkkiz komandanın iştirakı ilə baş tutacaq yarışda ilk iki yeri tutacaq kollektivlər A Liqasına yüksələcəklər.

Qeyd edək ki, millimiz qrupun ilk iki matçında İngiltərəni 5:4, Belçikanı isə 11:2 hesabı ilə məğlub edib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600