!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Çin XİN rəhbəri: “Rusiyanın G20-dən çıxarılmasının əleyhinəyik”

!Reklam – Yazi

“Çin Rusiyanın G20 və digər beynəlxalq platformalardan kənarda qalmasının əleyhinədir”.

Yenicag.az xəbər verir ki, bunu Çinin xarici işlər naziri Van İ Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşdə deyib.

“Rusiyanın G20 və digər beynəlxalq platformalar çərçivəsində layiqli rolunu dəstəkləyirik. Üstəlik, hesab edirik ki, heç kəsin Rusiyanın çoxtərəfli formatlarda iştirak üçün rasional hüququnu əlindən almağa haqqı yoxdur”, – Van İ bildirib.

Xatırladaq ki, İndoneziyanın Bali adasında keçirilən G20 sammiti çərçivəsində iki ölkənin xarici işlər nazirləri arasında ikitərəfli görüş keçirilib.

Ukrayna Prezidenti Volodimir Zelenski sammit iştirakçılarına müraciətində Rusiyanın G20-dən çıxarılacağına ümid etdiyini bildirib.

www.yenicag.az

216
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv