“Cinayətkarlara zülm edilməsin, ədalət qarşısında cavab versinlər”

media-hightechnic-468x90

49885Özgecan Aslan cinayəti ilə bağlı bir neçə gündür etirazlardan sonra, nəhayət ki, Türkiyə prezidenti də sükutu pozdu.

Yenicag.az anspress-ə istinadən bildirir ki, prezident Rəcəb Tayyib Ərdoğan Özgecanın atası Mehmet Aslanın “cinayətkarlara zülm edilməsin, ədalət qarşısında cavab versinlər” deməsini alqışlayıb. Ərdoğan qızı öldürülmüş atanın bunları deməklə və üstəlik cinayətkarın ata-anasına səbr diləməklə, bütün bəşəriyyətə dərs verdiyini deyib.

“Bu cür vəhşilik qarşısında hər atanın, hər ananın bu cür ləyaqətli mövqe nümayiş etdirə bilməsi mümkün deyil. Həqiqətən də, Mehmet bəy bu mövqeyi ilə təkcə Türkiyəyə yox, bütün bəşəriyyətə dərs verdi. O, bu dərsi verərkən, biz də Türkiyə Respublikası hökuməti olaraq, həmin vəhşilərin layiq olduğu ən ağır cəzaları almaları üçün əlimizdən gələni edəcəyik”, – Rəcəcb Tayyib Ərdoğan belə deyib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600