Cəlilabadda park tikintisi zamanı qədim əşyalar tapılan ərazi nəzarətə götürüldü

media-hightechnic-468x90

Cəlilabad rayonunda park tikintisi zamanı qədim əşyalar aşkar olunan ərazi nəzarətə götürülüb.

media-banner_tuq

Yenicag.az “Report”a istinadla xəbər verir ki, ərazi hasarlanıb və kamera quraşdırılıb.

Xatırladaq ki, əşyalar bir müddət öncə rayonun Nar bağı adlanan ərazisində salınan parkın tikintisi zamanı aşkarlanıb.

Həmin ərazidə aparılan qazıntılar zamanı qədim dövrə aid təsərrüfat küpləri və digər maddi-mədəniyyət nümunələri üzə çıxıb.

Tarixi tapıntılarla bağlı Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Antropologiya İnstitutunun baş elmi işçisi, dosent Vəfa Mahmudova əraziyə ezam olunub və burada tədqiqat işlərinə başlayıb.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05