ABŞ İran qazını daşıdığı ehtimal edilən tankeri vurdu

media-hightechnic-468x90

ABŞ-nin Oman körfəzində İran qazı daşıdığı ehtimal edilən tankeri raketlə vurduğu, nəticədə iki heyət üzvünün həlak olduğu bildirilir.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, bu barədə İranın dövlət televiziyası məlumatlı mənbəyə istinadla xəbər yayıb.

Məlumata görə, ABŞ hərbçiləri cümə axşamı Oman körfəzindən hərəkət edən və mayeləşdirilmiş qazı daşıyan tankerə iki raket atıblar. Mənbənin iddiasına əsasən, ABŞ tərəfi gəminin İrana qarşı tətbiq edilən dəniz blokadasını pozduğundan şübhələnib.

Məlumata görə, raket zərbəsi nəticəsində tankerin iki heyət üzvü həlak olub.

Hadisə ilə bağlı ABŞ rəsmilərinin mövqeyi hələlik açıqlanmayıb.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05