“O verilişlərin əksəriyyəti, daha doğrusu, hamısı bağlanmalıdır”.
Bu sözləri tanınmış aktyor, Əməkdar artist Sərvər Əliyev Yenicag.az-a açıqlamasında deyib.
Aktyor telekanallarda yayımlanan kriiminal xarakterli veriliş, serial və hadisələrin gənclərin psixologiyasına ciddi təsir göstərdiyini, bunun nəticəsində də cəmiyyətdə zorakılıq və şiddətin gün-gündən artdığını bildirib:
“Efirdə nümayiş olunan o sosial verilişlər cəmiyyətin əxlaqına, baxış bucağına birbaşa mənfi təsir edir. Bu, seriallara da aiddir.
Təəsüflər olsun ki, seriallar eyni mövzunu əhatə edir: Bu ona xəyanət etdi, o, bunu alçaldır, o bunu öldürdü, bu onu bıçaqladı…
Belə kriminal xarakterli görüntülər gəncliyin psixikasına təsirsiz ötüşmür. Hər kəs efirə baxır və onlara bənzəmək istəyir.
O verilişlərin əksəriyyəti, daha doğrusu, hamısı bağlanmalıdır. Seriallara gəlincə, mənə çox maraqlıdır, telekanallarda Bədii Şura varmı, o serialların ssenarilərinə nəzarət olunurmu?”
Daha ətraflı videonu təqdim edirik:
Cəvahir
www.yenicag.az