Çinin Şansi əyalətində ikimərtəbəli restoranın çökməsi nəticəsində azı 17 nəfər ölüb, 28 nəfər yaralanıb.
Yenicag.az xəbər verir ki, hadisə yerinə gələn xilasedicilər dağıntılar altından 45 nəfəri çıxarıb, onlardan 7-sinin vəziyyəti ağırdır.
Hadisə yerində təxminən 700 nəfərin iştirakı ilə axtarış-xilasetmə işləri davam edir.
Qəzanın səbəbi müəyyənləşdirilir və faktla bğlı araşdırma aparılır.
www.yenicag.az