!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Çinə olan səfərlər təxirə salınmalıdır" - İqtisadçıdan həyəcan təbili

!Reklam – Yazi

“Koronovirus epidamiyası Azərbaycanla Çin arasındakı ticarət əlaqələrinə təsir edəcək”.

Yenicag.az xəbər verir ki, bu sözləri Koronovirusun Azərbaycana təsirlərini şərh edən iqtisadçı Qubad İbadoğlu bildirib. Onun sözlərinə görə, epidemiyanın getdikcə yayılması istehlak bazarında qiymətlərin bahaşmasına gətirib çıxara bilər:

“Hazırda Çində yayılan ölümcül koronovirus epidemiyası ilə əlaqədar bəzi şəhərlərdə karantin elan edilməsi, bu virusun qurbanlarının artması və digər ölkələrə də yayılması Azərbaycanla Çin arasında ticarət əlaqələrinə təsirsiz ötüşməyəcək. İlk və daha ciddi təsir ticarət əlaqələrində hiss olunacaq. Çünki 2019-cu ildə Çin Azərbaycanın idxalda 3-cü böyük ticarət təfərdaşı olub. Ötən il Azərbaycandan Çinə 752,2 milyon dollarlıq mal göndərilib, 1,432 milyard dollarlıq mal gətirilib. Çinin payı idxalda 10,5 faizə çatıb”.

İqtisadçı vurğulayıb ki, epidemiyanın yaxın zamanlarda qarşısı alınmazsa, öncəliklə Azərbaycanda çin mənşəli malların qıtlığı yarana bilər:

“İkincisi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Çin Xalq Respublikasının Təhsil Nazirliyi arasında 2016-2019-cu illər üçün təhsil sahəsində əməkdaşlıq haqqında Saziş”ə uyğun olaraq, hazırda 100-dən çox Azərbaycan vətəndaşları Çinin ali məktəblərində təhsil alır. Hesab edirəm ki, onların təhlükəzliyi ilə əlaqədar olaraq təcili və təxirəsalınmaz işlər görülməlidir.

Nəhayət, Çindən Azərbaycana səfər edənlərin sərhəd keçid məntəqələrində tibbi yoxlamaları təşkil edilməlidir ki, virusun Azərbaycana girişinin qarşısı alınsın. Bununla yanaşı, bu ərəfədə Azərbaycandan Çinə səfəri planlaşdırılan iş adamlarını səfərlərini təxirə salmağa çağırıram. Risk etməyə dəyməz!”.

Gülşən Şərif

COP29

www.yenicag.az

1299
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv