Çinin Yaponiyanı qaralayaraq HƏDƏF YAYINDIRMASI: "Pekin gərginliyi məqsədli şəkildə artıraraq..."

media-hightechnic-468x90

“Pekin rəhbərliyi gərginliyi məqsədli şəkildə artıraraq əsas hədəfi olan Tayvanın ilhaqı prosesini kölgədə saxlamağa çalışır”.

Bunu Çin və Yaponiya arasında gərginliyi şərh edən türkiyəli siyasi ekspert Əmir Abbas Gürbüz Yenicag.az-a açıqlamasında deyib.media-whatsapp-image-2025-11-25-at-13-15-22

Siyasi ekspert bildirib ki, Çin ordusunun 26 noyabrda Sarı dənizdə başlayacağı hərbi əməliyyatın Yaponiyanı “ikinci Ukrayna” ssenarisinə sürükləyə biləcəyi barədə ictimaiyyətdə müəyyən gözləntilər mövcuddur:

“Lakin sahədəki hərbi aktivliyi yalnız Çin–Yaponiya gərginliyi kimi qiymətləndirmək, Pekinin genişmiqyaslı strateji planını görməzdən gəlmək deməkdir.

Çinin Sarı dənizdə atdığı bu addım Yaponiyanın işğalına yönəlik bir əməliyyatın başlanğıcı yox, daha çox strateji diqqət yayındırmadır. Pekin rəhbərliyi gərginliyi məqsədli şəkildə artıraraq əsas hədəfi olan Tayvanın ilhaqı prosesini kölgədə saxlamağa çalışır.

Burada verilmək istənilən mesaj kifayət qədər aydındır. Çin mümkün Tayvan əməliyyatı zamanı Yaponiya və regiondakı digər ölkələrin – dolaylı olaraq isə ABŞ-nin – müdaxiləsinin qarşısını almağa çalışır.

Bu səbəbdən Çin ordusunun silahlarının ucu şimala, yəni Yaponiyaya yönəlsə də, strateji kompası cənuba, yəni Tayvana baxır. Həmin əməliyyat Tayvanın dünyadan təcrid olunaraq ilhaq edilməsi ssenarisində, region ölkələrinin mühasirəyə alınması və neytrallaşdırılması strategiyasının bir sınağı kimi qiymətləndirilə bilər”.

Nəsimi Ələsgərli

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 25.11.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa