!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Cinsi mənsubiyyətə görə hamiləliyi pozanlar cəzalanacaq

!Reklam – Yazi

Reproduktiv hüceyrələrin kommersiya məqsədi ilə saxlanması və istifadəsi, insan embrionunun kommersiya, hərbi və sənaye məqsədilə istifadəsi, eləcə də tibbi müdaxilə zamanı çıxarılan cinsi vəzilərin (onların hissələrinin) pasiyentin razılığı olmadan saxlanılması və istifadəsi məsuliyyət yaradacaq.

Yenicag.az xəbər verir ki, bu, yeni hazırlanan “Reproduktiv sağlamlığın qorunması haqqında” qanun layihəsində əksini tapıb.

Qanun layihəsində bildirilib ki, köməkçi reproduktiv texnologiyalardan istifadə qaydalarının və şərtlərinin pozulması, reproduktiv hüceyrələrin kommersiya məqsədi ilə saxlanması və istifadəsi, insan embrionunun kommersiya, hərbi və sənaye məqsədilə istifadəsi, eləcə də tibbi müdaxilə zamanı çıxarılan cinsi vəzilərin (onların hissələrinin) pasiyentin razılığı olmadan saxlanılması və istifadəsi, insanın klonlaşdırılması məqsədilə reproduktiv hüceyrələrin və embrionun istifadəsi, cins ilə bağlı irsi xəstəliklərin keçmə ehtimalı yüksək olduğu hallar istisna olmaqla, köməkçi reproduktiv texnologiyaların tətbiqi zamanı uşağın cinsinin planlaşdırılması və ya cinsi mənsubiyyətə görə hamiləliyin pozulması (selektiv abort) Mülki, İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş qaydada məsuliyyətə səbəb olacaq.

www.yenicag.az

1842
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv