Beynəlxalq Şahmat Federasiyası (FIDE) cinsini kişidən qadına dəyişən transgenderlərin qadınların rəsmi turnirlərində iştirakını qadağan edib.
Yenicag.az xəbər verir ki, bu barədə FIDE-nin lisenziyalaşdırılması haqqında əsasnamədə deyilir.
FIDE-nin yaydığı bəyanatda o da qeyd olunur ki, qadağa əlavə araşdırmalar aparılana və qərar qəbul edilənə qədər qüvvədə qalacaq:
“Qərar əlavə araşdırmalara əsaslanmalı, FIDE Şurası isə onu iki ildən gec olmayaraq qəbul etməlidir”.
Bununla belə, Beynəlxalq Şahmat Federasiyası transseksual qadınların açıq turnirlərdə iştirakına icazə verəcək.
Yeni qaydalar avqustun 21-də qüvvəyə minəcək və federasiyanın növbəti qərarına qədər qüvvədə qalacaq.
Mənbə: Handbook.fide.com
www.yenicag.az