!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

ÇL-in final oyunu: “Real” “Borussiya”ya qarşı

!Reklam – Yazi

Bu gün UEFA Çempionlar Liqasının final matçında İspaniyanın “Real Madrid” futbol klubu ilə Almaniyanın “Borussiya Dortmund” klubu üz-üzə gəlir.

Yenicag.az xəbər verir ki, oyun Londondakı “Uembli” stadionunda keçirilir və Bakı vaxtı ilə saat 23:00-da start götürüb.

Bu final Çempionlar Liqası tarixində 69-cudur. Turnirin ən titullu klubu “Real Madrid”dir, komanda 14 dəfə kuboku qazanıb, həmçinin 3 dəfə Avropanın ən nüfuzlu klub yarışmasının finalında çıxış edib.

Madridlilər sonuncu dəfə 2022-ci ildə Çempionlar Liqasının qalibi olmuşdu, o zaman komanda həlledici görüşdə İngiltərənin “Liverpul”unu (1:0) məğlub etmişdi.

“Borussiya” isə 1997-ci ilin finalında bir dəfə Çempionlar Liqasının qalibi olub, komanda İtaliya “Yuventus”undan güclü olub (3:1). 2013-cü ildə də “Borussiya” finala çıxsa da, Almaniyanın “Bavariya”sına uduzub (1:2).
COP29

www.yenicag.az

219
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv