ÇL oyunlarının ünvanı dəyişdi – Azərbaycanda – Yenicag.Az

Reklam

Reklam

“CBC Sport” telekanalı 4 mühüm yarışın teleyayım hüququna yiyələnib.

Telekanaldan Yenicag.az-a verilən məlumata görə, bunlar Çempionlar Liqası, Avropa Liqası, UEFA Millətlər Liqası və İspaniya La Liqasıdı.

Bundan başqa, telekanal avqustun 15-də Estoniyanın paytaxtı Tallində İspaniyanın “Real” (Madrid) və “Atletiko” (Madrid) komandaları arasında keçiriləcək UEFA Super Kuboku uğrunda görüşü də yayımlayacaq. Müqavilə 2018-2019 mövsümündən qüvvəyə minəcək.

Telekanaldan həmçinin bildirilib ki, “CBC Sport” daha bir neçə mühüm yarışın yayım hüququ ilə bağlı yaxın vaxtlarda müqavilələr imzalayacaq.

Qeyd edək ki, bunadək avrokubokların qrup mərhələsinin oyunları və La Liqanı “İdman Azərbaycan” yayımlayıb. Millətlər Liqası isə yeni yarışdı və sentyabrdan start götürəcək.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 1030
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."

    ×

    Reklam 7 saniyədən sonra bağlanacaq.