Cocuq Mərcanlıda iki ədəd tank əleyhinə mina aşkarlanıb

media-hightechnic-468x90

Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində aparılan təmizləmə əməliyyatı nəticəsində 2 672 ədəd qəlpə, 2 ədəd tank əleyhinə TM-57 minası aşkar edilərək zərərsizləşdirilməsi üçün götürülüb.

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Yeniçağ.Az-a verilən məlumata görə, nəticə etibarilə 58 055 kv.m ərazi (4 955 kv.m əl ilə, 12 100 kv.m mexaniki üsulla və 41 000 kv.m minaaxtaran itlərin dəstəyi ilə) yoxlanılıb.

Ərazinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatı davam etdirilir.

Yeniçağ.Az

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600