!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

COP 29-un ölkəmiz üçün geosiyasi ƏHƏMİYYƏTİ: “Ölkəmiz müsbət dəyişikliklərə nail olmaq üçün çalışır”

!Reklam – Yazi

“COP 29-un Azərbacanda keçirilməsi ilə bağlı verilən qərar ölkəmiz üçün müstəsna əhəmiyyət daşıyır”.

Bunu Yenicag.az-a açıqlamasında Azərbaycanda keçiriləcək qlobal iqlim tədbiri olan COP 29-un ölkəmiz üçün geosiyasi və beynəlxalq əhəmiyyətindən danışan politoloq Abutalıb Səmədov deyib.

Onun sözlərinə görə, hazırda bütün dünyanın mühüm problemi iqlim dəyişikliyi ilə bağlıdır.

“Bu sahədə müsbət dəyişikliklərə nail olmaq üçün bütün dünya ölkələri birgə çalışır. COP 29-un Azərbacanda keçirilməsi ilə bağlı verilən qərar ölkəmiz üçün müstəsna əhəmiyyət daşıyır. Bunu isə bir neçə səbəbi var.
İlk olaraq dünyanın əsas problemi Azərbaycanın paytaxtı Bakıda müzakirə olunacaq.
İkinci mühüm səbəb isə yaxın tarix – Azərbaycanın Qarabağda keçirdiyi anti-terror tədbirləri ilə bağlıdır. Azərbaycanın bu addımını ermənilər və havadarları etnik təmizləmə, hətta soyqırım kimi tanıtmağa çalışdı. Belə bir dövrdə həmin tədbirin Azərbaycanda keçiriləcəyi qərarı alındı. Nəticədə bu kimi qarayaxma kampaniyaların qarşısını almaqda mühüm rol oynadı.
Eyni zamanda, Ermənistan həmin tədbirin Azərbaycanda keçirilməsinə dəstək oldu. Bu isə deməyə əsas verir ki, Azərbaycana qarşı böhtan kampaniyası nəticə verməyəcək. Məhz həmin istiqamətdə ümidsizliyə qapılan ilk ölkə elə Ermənistanın özü oldu”, – deyə o əlavə edib.
Politoloq vurğulayıb ki, COP 29-un Bakıda keçirilməsinə səs verməklə İrəvan, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin, qonşu olmağı öyrənin, sözlərini qəbul etdiyini göstərdi.
“Ermənistanın baş naziri Nikol Paşinyan normal qonşuluq münasibətlərindən başqa yol olmadığını anladı.
Dünya əhəmiyyətli tədbirin ölkəmizdə keçirilməsi nüfuz və ona verilən dəstəyin göstəricisidir. Bu tədbirin pozulması üçün müəyyən qüvvələr əlindən gələni edir, edəcək də. Xüsusilə parlament seçkilərindən sonra həm xarici, həm də daxili qüvvələrin fəallaşacağı gözlənilir. Ölkəmizi nüfuzdan salmaq, COP 29-un səviyəysini endirmək üçün əllərindən gələni edəcəklər. Hər şeyə hazır olmalıyıq. Əvvəlkilərdən də uğurlu tədbirin keçirilməsi və düşmənlərin planlarının gerçəkləşməməsi üçün çalışmalıyıq”, – deyə o, bildirib.
Nəsimi Ələsgərli

COP29

www.yenicag.az

458
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv