!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

COP29: İrəvanın sülh üçün son ŞANSI: “Artıq ermənilər də anlayır ki...”

!Reklam – Yazi

“Ermənistan beynəlxalq layihələrə qoşulmamaqla regionda iqtisadiyyatı ən zəif ölkəyə çevrilib”.

Bunu Yenicag.az-a açıqlamasında sülh müqaviləsi imzalanmadan Ermənistanın baş naziri Nikol Paşinyanın COP29 çərçivəsində Bakıya gəlməsi ehtimalını dəyərləndirən VI çağırış Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

Onun sözlərinə görə, dünya üçün xüsusi əhəmiyyət kəsb edən və qlobal məsələ sayılan iqlimlə bağlı tədbirin Azərbaycandə keçirilməsi, istər ölkəmiz, istərsə də dünya adına mühüm addımdır.

O qeyd edib ki, bu tədbirdə müxtəlif ölkələrin liderləri və nümayəndələri iştirak edəcək.

“Azərbaycan isə böyük bir addım ataraq COP 29-da iştirak etməsi üçün Ermənistanı da dəvət etdi.

Ermənistan illərdir dalana dirənmiş ölkədir. Beynəlxalq layihələrə qoşulmamaqla regionda iqtisadiyyatı ən zəif ölkəyə çevrilib. Səbəb isə bəllidir, Azərbaycana qarşı işğalçılıq siyasəti, ərazi iddiaları və beynəlxalq hüququn normalarına zidd addımlar. Nəticədə isə Azərbaycanın yaratdığı reallıqlar əsasında Ermənistan demək olar ki, regionda qapalı ölkəyə çevrilib”, – deyə o əlavə edib.

A.Hüseynovun sözlərinə görə, artıq ermənilər də anlayır ki, Azərbaycan Cənubi Qafqazın aparıcı ölkəsidir.

“Azərabycanın həyata keçirdiyi layihələrə qoşulmaq Ermənistanın çıxış yollarından biridir. Yəni nəticə olaraq, COP29-da iştirak elə məhz İrəvanın özü üçün vacibdir.

Azərbaycan daim sülhə istiqamətlənən yol tutduğu üçün hər zaman beynəlxalq hüququn prinsipləri çərçivəsində sabitliyin və əmin-amanlığın qorunmasının marağında olub. Ermənistan illərdir hansısa qüvvələrin alətinə çevrildiyini anlamalıdır. Hər bir mənada uduzan məhz Ermənistandır. Bu mənada İrəvanın COP29-da iştirakı Bakı ilə sülh müqaviləsi bağlamasında mühüm fürsətdir”, – deyə o bildirib.

Nəsimi Ələsgərli

COP29

www.yenicag.az

129
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv