Çörəkdən “penaplast” çıxıb

media-hightechnic-468x90

загруженное (21)Bakıda mağazadan alınan çörəyin içərisindən “penaplast” çıxıb.

Nərmin Hüseynova “penaplastlı çörəyi” Binəqədi rayonunun Rəsulzadə qəsəbəsindəki mağazaların birindən alıb.

Xanımın sözlərinə görə, nahar etmək üçün aldığı çörəyi təkcə özü yox, həm də ailəsindən azyaşlı uşaq yeyəcəkdi. Xoşbəxtlikdən azyaşlı uşaq çörəyi yeməyib, yoxsa “penaplast” uşağın boğazında qalıb faciəyə səbəb ola bilərdi.

Qeyd edək ki, son zamanlar Azərbaycanda çörəyin içindən “skoç”, kafel qırıntısı, hətta tarakan da aşkarlanıb.

Gigiyena və Epidemiologiya Mərkəzinin məlumatına görə isə çörək bişirilməmişdən əvvəl un ələnməlidir. Amma indiki zamanda demək olar ki, əksər çörək sexləri unu ələmədən xəmir yoğurmağa üstünlük verirlər ki, nəticə də göz qabağındadır. Hətta təcrübə göstərir ki, unu ələmədən birbaşa kisə ilə xəmir yoğuran maşına tökürlər. (oxu.az)

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 07.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa