Cövdət Yılmaz Azərbaycanı Müstəqillik Günü münasibətilə təbrik etdi
Can Azərbaycanın müstəqillik sevinci Türk millətinin ortaq qürurudur.
Yenicag.az xəbər verir ki, bu barədə Türkiyənin vitse-prezidenti Cövdət Yılmaz “X” sosial şəbəkəsində yazıb.
“İki dövlət, bir millət” anlayışı ilə böyüyən qardaşlığımız sayəsində ortaq ideallar ətrafında birləşərək gələcəyimizi birgə qururuq”, – deyə C.Yılmaz bildirib.
O, Azərbaycanın müstəqilliyi uğrunda canından keçən bütün şəhidlərə Allahdan rəhmət diləyib, qazilərə isə dərin təşəkkürünü ifadə edib.
“Müstəqillik Gününü ürəkdən təbrik edirəm”, – deyə o bildirib.