Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

COVİD-19-un mutasiyaya uğramış versiyası: Nə bilirik? - ARAŞDIRMA

Böyük Britaniyada koronavirus infeksiyasının (COVİD-19) yeni mutasiyasının aşkar edilməsindən sonra ortaya bir sıra maraqlı suallar çıxıb.

Yenicag.az xəbər verir ki, dünyada yaratdığı çaşqınlıq və qorxu bitməmiş ilk olaraq Böyük Britaniyada aşkar edilən, daha sonra Danimarka, Niderland, Avstraliya və Cənubi Afrikada da rast gəlinən COVİD-19-un mutasyon versiyası insanlarda narahatlıq yaradıb.

Bəs, görəsən, COVİD-19-un “B.1.1.7 SARS-CoV-2” adı verilən mutasiyaya uğramış versiyası: Vaksin araşdırmalarına necə təsir edəcək? Virusun yüksək yoluxuculuğa malik olması qorxuludurmu? Virus COVİD-19-dan daha təhlükəli və ölümcüldürmü? COVİD-19-a bir dəfə yoluxmuş şəxslər onun mutasyon versiyasına yoluxa bilərmi?

Bütün bu suallara araşdırmamızda cavab tapa biləcəksiniz.

İlk dəfə sentyabr ayında rast gəlinən COVİD-19-un mutasiyaya uğramış versiyası ilə bağlı aparılan ilkin araşdırmalar sübut edir ki, mutasiya versiyasına yoluxmuş insanların sayı təkcə İngiltərədə 1000-dən çoxdur. İngilis elm adamlarının araşdırmalarına görə virusun 17 fərqli dəyişikliyi müşahidə edilib və bu versiya yüksək yoluxuculuq qabiliyyətinə malikdir.

Alimlər mutasiyanın yüksək yoluxuculuq qabiliyyətini tətikləyəcəyini qeyd etsələr də, onu daha ölümcül hala gətirməyəcəyi qənaətindədirlər. Belə ki, viruslar daha çox yaşamaları üçün öz ölümcüllük qabiliyyətlərini zəiflədirlər.

Alimlərin fikrincə, virusun mutasiyaya uğraması virus əleyhinə vaksinlərin hazırlanması prosesinə mənfi təsir göstərməyəcək. Ancaq mutasiyanın COVİD-19-a bir dəfə yoluxmuş şəxslərin virusa qarşı immunitet qazanmasına əngəl ola biləcəyi qeyd edilir. Çünki virusa qarşı immunitet yaradan anticismlər onun mutasiyadan əvvəlki forma və davranışlarına görə dayanıqlılıq yaradır.

Amerika Birləşmiş Ştatlarında (ABŞ) yerləşən biotexnoloiya şirkətində çalışan türkiyəli Semih Taren adlı araşdırmaçı isə mövcud mutasiya prosesini 7 maddə ilə anladıb:

1. İngiltərədə yayılan “B.1.1..7” adlı klasterdə maraqlı mutasiyalar var.

2. Bu mutasiyaladan bəziləri yeni deyil, əvvəllər də bunlara rast gəlinib.

3. Bu mutasiyalarla bağlı aparılan labaratoriya təcrübələrində hüceyrə və siçanlara daha asan yoluxduğu aşkar edilib.

4. Hələlik bu mutasiya qrupunun birbaşa daha yoluxucu olması ilə bağlı bir dəlil yoxdur.

5. Bu mutasiya qrupu daha yoluxucu olduğu üçün yox, “Founder effect” (Təsisiçi təsiri) üzündən də bu şəkildə yayıla bilər.

6. Bu mutasiya qrupunun vaksinlərə qarşı problem yaradacağı haqqında bir dəlil yoxdur.

7. Mutasiya hər zaman hər canlıda olur, SARSCOV2-də də yüzlərlə var.

www.yenicag.az

3829
reyting.az
www.interpress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100