!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

COVID-19-un “qara tablo”su: Karantin rejimini pozan kişi güllələndi

!Reklam – Yazi

Şimali Koreyada karantin rejimini pozan kişi xalqın gözü qarşısında güllələnib.

Yenicag.az “Radio Free Asia” radiosuna istinadən xəbər verir ki, dünyanın ən qapalı ölkələrindən biri olan Şimali Koreyada koronavirus pandemiyası ilə əlaqədar tətbiq olunan karantin qaydalarını pozan vətəndaş güllələnmə ilə cəzalandırılıb.

Qeyd olunur ki, Şimali Koreya rəhbərliyi noyabrın sonlarından etibarən, ölkədə karantin rejimini maksimum sərtləşdirib.

Bu çərçivədə Çinlə həmsərhəd rayonların əhalisinə nəzarət də xeyli gücləndirilib. Məqsəd qanunsuz ticarət əlaqələrinin kəsilməsi və yoluxmanın qarşısını almaqdır.

Məlumata görə, sərtləşdirmə qərarının ilk qurbanı 50 yaşlı kişi olub. O, xalqın gözü qarşısında güllələnib.

www.yenicag.az

1829
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv