Çoxqütblü dünyanın DİLEMMASI: ŞƏT güclənir, yoxsa zəifləyir?

media-hightechnic-468x90

“Hindistan Şanxay Əməkdaşlıq Təşkilatına zərər verəcək”.

Bu fikri təkqütblü dünyadan çoxqütblü dünyaya keçid və bundan sonra gözlənənləri Yenicag.az-a şərh edən politoloq Yusif Bağırzadə deyib.

media-yusif_barzad

O, bildirib ki, dünya artıq çoxqütblüdür:

“Qoşulmama təşkilatı, Avropa İttifaqı, Çin var. Çinin siyasətinin əsasında iqtisadiyyat durur  və Pekin yumşaq gücdən istifadə edir. Çin iqtisadiyyatı bir yandan Avropa İttifaqı, bir yandan isə ABŞ ilə bağlıdır”.

Müsahibimiz diqqətə çatdırıb ki, Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) 25-ci toplantısı çox səmərəli keçdi:

“Dünyada rəqabət olarsa, təşkilatın özünün taleyi necə olacaq, bilinmir. Təşkilatın tədbirləri, bankları yoxdur. BRICS bankı yaradıblar, ancaq 6 ildir yaradılan bank işləmir. Tədbirin keçirilməsi yüksək səviyyədə oldu. ŞƏT yumşaq platformadır, dövlətləri buna cəlb edir, ancaq ticarətə üstünlük verilir, daxili işlərə qarışmırlar. Avropa İttifaqı və ABŞ tamamilə fərqlidir. Onlar daxildəki məsələlərə müdaxilə edirlər, insan hüquqları, demokratiya məsələlərinə ilişirlər, iqtisadiyyatı onlar istədiyi kimi qurmalısan. Çində isə vəziyyət başqadır”.

Səxavət Məmməd

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 05.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa