ÇPA-da əməliyyat müşavirəsi keçirildi

media-hightechnic-468x90

62Ötən il Çevik Polis Alayının əməkdaşları dələduzluq etmiş 18 nəfəri saxlayıblar.

Yenicag apa-ya istinadən xəbər verir ki, bunu Çevik Polis Alayında 2014-cü il ərzində görülən işlərin yekunlarına həsr olunmuş əməliyyat müşavirəsində məruzə ilə çıxış edən polis polkovniki Zaur Abdullayev deyib.

O qeyd edib ki, 2014-cü ildə inzibati hüquqpozmalarla bağlı patrul bölükləri tərəfindən 25.816 nəfər saxlanılaraq qanunauyğun tədbirlərin görülməsi üçün ərazi polis orqanlarına təhvil verilib. Onlardan 633-ü müxtəlif cinayət, o cümlədən 170-i xuliqanlıq, 18-i dələduzluq, 143-ü narkotik vasitələri qanunsuz saxlayan və satan, 183-ü oğurluq, 18-i soyğunçuluq törədib, 78-i axtarılan şəxslər olub.

2013-cü illə müqayisədə aşkarlanmış cinayətlərin sayı 17 faiz çox olub. Rəhbərliyin tapşırığına əsasən, piyadalar tərəfindən yol hərəkəti qaydalarının pozulması hallarının qarşısının alınması üzrə keçirilən tədbirlərlə inzibati xətalar törətmiş 2618 nəfər barəsində müvafiq məsuliyyət tədbirlərinin görülməsi təmin edilib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600