“Crocus” terrorunda yaralanan daha bir nəfər öldü

media-hightechnic-468x90

Rusiyanın Moskva vilayətində “Crocus City Hall”da baş verən terror aktı zamanı yaralanan Dmitri Sarayev uzun sürən müalicədən sonra həyatını itirib.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, bu barədə vəkil İqor Trunov TASS-a məlumat verib.

“Terror aktı zamanı yaralananlardan biri Dmitri Sarayev uzun və ağır müalicədən sonra vəfat edib”, – deyə o bildirib.

Vəkilin sözlərinə görə, Sarayev konsert zalında atışma zamanı kürəyindən güllə yarası alıb. Həkimlər gülləni çıxarıblar.

Qeyd edək ki, Dmitri 2024-cü il dekabrın 31-də öz bloqunda ilin yekunları üzrə paylaşım edərkən bununla bağlı yazıb: “Mənə güllələdilər, amma öldürmədilər”. Sarayev martın 22-ni ikinci doğum günü adlandırırdı.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05