!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Crocus”dakı terror aktında ölən uşaqların sayı artdı

!Reklam – Yazi

Moskva vilayətində “Crocus City Hall”da baş vermiş faciə nəticəsində ölən uşaqların sayı altıya yüksəlib.

Bu barədə Rusiya Prezidenti yanında Uşaq Hüquqları üzrə Müvəkkili Mariya Lvova-Belova jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, xəstəxanada indi beş uşaq var.

“Hazırda bizdə altı uşağın dünyasını dəyişdiyi, yeddisinin yaralandığı barədə məlumatlar var. Onlardan ikisi artıq evdə müalicə olunur. Beşi isə xəstəxanadadır: ikisinin vəziyyəti ağır, üçünün vəziyyəti orta ağırdır”, – deyə o, bildirib.

Beləliklə, “Crocus” terrorunda ölənlərin ümumi sayı 145-ə çatıb.

O, həmçinin bildirib ki, terror aktından sonra səkkiz uşaq yetim qalıb, onlar yaxınlarının himayəsinə verilib.

Xatırladaq ki, martın 22-də Krasnoqorsk şəhərində “Crocus City Hall” konsert zalında terror aktı baş verib. Əlisilahlı dörd nəfər konsertə gələnlərə atəş açıb, partlayış törədib, daha sonra kompleksdə yanğın başlayıb. Hadisə nəticəsində həmçinin 550-dən çox insan yaralanıb. Terrorçular həbs olunublar. İstintaq davam edir.

Mənbə: TASS

COP29

www.yenicag.az

148
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv