"Crocus"dan sonra daha bir ticarət mərkəzində atışma oldu - Yaralılar var

media-hightechnic-468x90

Rusiyanın Sverdlovsk vilayətinin Kamensk-Uralsk ticarət mərkəzində atışma olub.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin regional baş idarəsinin mətbuat xidmətinin rəhbəri Valeri Qoreliç bildirib ki, atışma zamanı iki nəfər yaralanıb: “Cinayət iştirakçılarının şəxsiyyəti artıq polislər tərəfindən müəyyən edilib. Həmin iki nəfərə lazımi tibbi yardım göstərilib: onlardan biri bıçaq xəsarəti, ikincisi güllə yarası alıb”.

Rayon polis idarəsinin gücləndirilmiş əməliyyat-istintaq qrupu hadisə yerindədir.

Qeyd edək ki, bundan əvvəl mart ayında Moskva vilayətinin Krasnoqorsk şəhərində yerləşən “Crocus” ticarət mərkəzində terror aktı törədilmişdi. /unikal

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05