Cüdoçularımız Avropa çempionatında 3 medal qazandılar

media-hightechnic-468x90

Bosniya və Herseqovinanın Sarayevo şəhərində 23 yaşadək gənclər arasında Avropa çempionatına Azərbaycan cüdoçuları uğurla start veriblər.

Yenicag.az xəbər verir ki, yarışın birinci günündə komandamız 1 qızıl, 2 gümüş medal qazanıb. Qızıl medalı yığmamızın aktivinə oğlanlar arasında mübarizə aparan Nazir Talıbov (60 kq) yazdırıb. Həmin çəki dərəcəsində Kənan İsmayılov və qızların yarışında iştirak edən Könül Əliyeva (48 kq) gümüş medal qazanıblar. Bu nəticə ilə yığmamız ümumi hesabda birinci yeri tutur.

Qeyd edək ki, iki gün davam edəcək yarışda Azərbaycan 14 idmançı (8 oğlan, 6 qız) ilə təmsil olunur.

Avropa çempionatına 40 ölkədən 306 idmançı qatılıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600