!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Cümhuriyyətin 100 illiyi Milli Məclisdə niyə qeyd olunmayacaq?

!Reklam – Yazi

Milli Məclisdə Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100-cü ildönümü ilə bağlı xüsusi iclas planlaşdırılmayıb.

Milli Məclisin iş qrafiki ilə bağlı məlumatda bu il mayın 28-də (AXC-nin 100-cü ildönümü günündə) parlamentdə xüsusi iclasın keçiriləcəyi haqda məlumat yoxdur.

Prezident İlham Əliyevin 2018-ci ili “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan etdiyi və bu münasibətlə istər ölkə daxilində, istərsə də xaricdə silsilə tədbirlərin nəzərdə tutulduğu bir şəraitdə Milli Məclisdə Cümhuriyyətin yubileyi ilə bağlı xüsusi iclasın planlaşdırılmaması birmənalı qarşılanmır.

Bu barədə Yenicag.az-a açıqlama verən Milli Məclisin İctimai birliklər və dini qurumlarla iş komitəsinin sədri Siyavuş Novruzov Cümhuriyyətin 100 illiyi ilə əlaqədar xüsusi proqramın olacağını deyib. Bununla belə, YAP-çı deputat həmin proqramın nə vaxt başlayacağını açıqlamayıb:

“Bu məsələ ilə bağlı ayrıca proqram olacaq. Milli Məclisin gündəliyi başqa, bu isə tamam başqa məsələdir. Təbii, Milli Məclisin xüsusi iclası olacaq. Ancaq bu, Milli Məclisin iş rejimi ilə bağlı olan məsələ deyil axı…”.

Mövzu haqqında Yenicag.az-a danışan millət vəkili Fazil Mustafa isə Cümhuriyyətin 100 illiyi ilə bağlı Milli Məclisin xüsusi iclasının planlaşdırılmadığını bildirib:

“Yox, bu ərəfə üçün Cümhuriyyətin 100 illiyi ilə bağlı iclas planlaşdırılmayıb. Bununla bağlı xüsusi iclas ola bilsin ya sentyabr, ya da oktyabr ayına nəzərdə tutulacaq. Ancaq Cümhuriyyətin 100 illiyi ilə bağlı xüsusi iclas düşünülməyib.

“Məncə, belə bir iclas keçirilsəydi, daha düzgün olardı. Çünki Cümhuriyyətin 100 illiyi parlamentdə xüsusi qeyd olunmalı bir tarixdir. Amma görünür, rəhbərlik səviyyəsində fikirləşilib ki, o iclas parlamentin 100 illiyi ərəfəsində keçirilsin. Bunu nə vaxt edəcəklər, bilgim yoxdur”.

A.Zeynalov

COP29

www.yenicag.az

3080
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv