!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Dağıntılar altından çıxarılan azərbaycanlı tələbə bacılar ölkəyə gətirildi

!Reklam – Yazi

Türkiyənin Qəhrəmanmaraş şəhərində dağıntılar altından sağ çıxarılan azərbaycanlı tələbələr – Gülşən və Jalə Cəfərova bacıları ölkəyə gətirilib.

Yenicag.az xəbər verir ki, bu barədə APA-ya tələbələrin atası Mübariz Cəfərov məlumat verib.

M. Cəfərov deyib ki, qızları hazırda yaşadıqları Gədəbəy rayonunun İnəkboğan kəndindədirlər:

“Bütün səlahiyyətli şəxslərə minnətdarıq. Hər iki qızımı sağ-salamat evə gətiriblər. Gülşənlə Jalənin ümumi vəziyyəti yaxşı olsa da, hələ də aldıqları travmadan əziyyət çəkirlər. Yegənə istədiyimiz budur ki, xəstəxanaların birində tam müalicə olunmasına köməklik gostərilsin”.

Qeyd edək ki, Jalə və Gülşən Cəfərova Qəhrəmanmaraşda baş verən zəlzələ zamanı dağıntılar altında qalıblar. Onlar ərazidəki sakinlərin köməyi ilə xilas edilibkər. Gülşən Cəfərova Qəhrəmanmaraş Sütçü İmam Universitetinin, Jalə Cəfərova isə Kırşehir Ahi Evran Universitetinin tələbəsidir. Bacılar zəlzələ baş verən vaxt birlikdə olublar.

www.yenicag.az

443
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv