Daha 2 şəhidin nəşi torpağa tapşırılıb - FOTO

media-hightechnic-468x90

Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən Məhərrəm Əzizovun və Hikmət Əliyevin meyitlərinin qalıqları Ağdam rayonunda dəfn olunub.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, Quzanlı qəsəbəsində Ağdam Dram Teatrının qarşısında rayon sakinlərinin, şəhidlərin ailə üzvlərinin, Ağdam Rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının əməkdaşlarının, ictimaiyyət nümayəndələrinin iştirakı ilə vida mərasimi keçirilib. Cənazə namazından sonra şəhidlər Quzanlı qəsəbəsindəki Şəhidlər xiyabanında dəfn edilib, ruhlarına dualar oxunub.

Mülki şəhid Məhərrəm Əzizov 1958-ci ildə Ağdam şəhərində anadan olub. O, 1993-cü il iyulun 23-də – Ağdam şəhəri işğal olunan zaman itkin düşüb.

1974-cü ildə Ağdam rayonunun Mərzili kəndində anadan olan Hikmət Əliyev Birinci Qarabağ müharibəsində Ağdam cəbhəsində gedən döyüşlərdə iştirak edib. 1993-cü il iyulun 23-də döyüşlərdə itkin düşüb.

Hər iki şəhidin meyitlərinin qalıqları Ağdam rayonunun Sarıcalı kəndi ərazisində kütləvi məzarlıqda aşkarlanıb.

 

  • Daha 2 şəhidin nəşi torpağa tapşırılıb - FOTO
  • Daha 2 şəhidin nəşi torpağa tapşırılıb - FOTO
media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05