"Ən xırda səhv belə bağışlanmır" – Nəqliyyat ekspertindən sürücülərə XƏBƏRDARLIQ

media-hightechnic-468x90

“Maşın qəza vəziyyətində olduqda qabaqlayıcı tədbirlər görülməlidir”.

media-banner_tkm

Bu sözləri Yenicag.az-a açıqlamasında nəqliyyat eksperti Aslan Əsədov bildirib.

Ekspert sürücüləri ehtiyatlı davranmağa, nəqliyyat vasitəsi qəza vəziyyətində olduqda faciəli və dramatik hadisələrin qarşısını almaq üçün diqqətli olmağa çağırıb:

“Bu hadisə, təəssüf ki, baş verdi. Kaş ki, baş verməyəydi. Hadisənin motivlərinə gəldikdə, burada yol hərəkətinin təhlükəsizliyi maksimum dərəcədə qorunmalıdır. Bu, ümumi olaraq yol hərəkəti iştirakçılarına qarşı həssaslıqdan irəli gəlir. Motosiklet elə bir nəqliyyat növüdür ki, ən xırda səhv belə bağışlanmır. Yol hərəkəti iştirakçısı tərəfindən diqqətsizlik olmamalıdır. Hər kəs diqqətini yola yönəltməlidir. Nəqliyyat vasitələrində texniki nasazlıq yarananda, məsələn, maşın hərəkət etmirsə, onu tərpətmək mümkün deyilsə belə, hadisə günün işıqlı vaxtında baş verib. Bu kimi amillər daha çox nəzərə alınmalı, belə hadisələrin qarşısını almaq üçün qabaqlayıcı tədbirlər həyata keçirilməlidir”.

Nurlan Cəfəri

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05