!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Daha 20 ölkədən Azərbaycana giriş-çıxışa İCAZƏ VERİLDİ - DMX rəisi ŞƏRTLƏRİ  AÇIQLADI - SİYAHI

!Reklam – Yazi

Avqustun 5-dən etbarən daha 20 ölkədən Azərbaycana giriş-çıxışa icazə veriləcək.

Yenicag.az xəbər verir ki, bu barədə Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov “Facebook” hesabından paylaşım edib.

Vüsal Hüseynov, “5 avqustdan etibarən daha 20 ölkənin (Almaniya, Avstriya, Belçika, Çexiya, Danimarka, İrlandiya, İspaniya, İsveç, İsveçrə, Kanada, Lüksemburq, Malta, Niderland, Polşa, Portuqaliya, Serbiya, Sinqapur, Slovakiya, Sloveniya, Yunanıstan) vətəndaşı, bu ölkələrədə daimi yaşayan şəxslər və vətəndaşlığı olmayan şəxslər hava yolu ilə Azərbaycana giriş-çıxış edə biləcəklər”, – deyə qeyd edib.

Xidmət rəisi ölkəyə giriş-çıxış şərtlərini də açıqlayıb:

“Bu halda yaşı 18-dən yuxarı olan şəxslər COVID-19 pasportu (COVID-19-a qarşı tam peyvənd olunmasını və ya COVID-19-dan sağalaraq immunitetə malik olmasını təsdiq edən sənəd) və uçuşdan əvvəl 72 saat ərzində verilmiş COVID-19-a dair PCR testinin neqativ nəticəsini, 1–18 yaş arasında olan şəxslər isə yalnız müvafiq test nəticəsini təqdim etməlidir”.

www.yenicag.az

646
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv