Daha 5 cüdoçumuz güclərini sınayacaq

media-hightechnic-468x90

img1840611Bu gün I Avropa Oyunlarında cüdo yarışlarında daha 5 çəki dərəcəsində idmançılar mübarizə aparacaqlar.

Yenicag.az azvision.az-a istinadən xəbər verir ki, bu çəkilərdən yalnız birində (qadınlar, +78 kq) Azərbaycan təmsilçisi çıxış etməyəcək.

Bu gün 5 cüdoçumuz tatamiyə çıxacaq. Bir çəki dərəcəsində Azərbaycan iki idmançı ilə təmsil olunacaq.

Kişilər

90 kq

İlk mərhələdən azad olan Ramin Qurbanov mübarizəyə 1/16 finaldan qoşulacaq. Qurbanov, portuqaliyalı Çelio Diasla qarşılaşacaq.

100 kq

Bu çəkidə Azərbaycanın iki güclü cüdoçusu çıxış edəcək. Öncə mübarizəyə Elxan Məmmədov qoşulacaq. Dünya çempionumuz 1/16 finalda rəqibi Zlatko Kumriç (Xorvatiya) olacaq.

Bayraqdarımız Elmar Qasımov 1/8 finalda Jorje Fonseka (Portuqaliya) – Qriqori Minaşkin (Estoniya) cütünün qalibi ilə üz-üzə gələcək.

+100 kq

Bu çəkidə ölkəmizi təmsil edəcək Uşanqi Kokauri 1/16 finalda Matyaz Çerayla (Sloveniya) qarşılaşacaq.

Qadınlar

78 kq

Qadınların yarışında mübarizə aparacaq Günel Həsənli 1/16 finalda Assunta Qaleone (İtaliya) ilə münasibətlərinə aydınlıq gətirəcək.

Qeyd edək ki, cüdo yığmamızın aktivində 1 gümüş medal var. 60 kq çəki dərəcəsində Orxan Səfərov yalnız finalda məğlub olub.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600