Reklam

Reklam

img1805636Bakıda sərnişin avtobuslarının üstünə vurulan reklam və məlumatlandırıcı şəkillər söküləcək.

Bakı Sərnişinnəqliyyat Məhdud Məsuliyyəti Cəmiyyətinin sərnişindaşımaları monitorinqi, lisenziya və fərqlənmə nişanlarının cəlbetmə şöbəsi müdir müavini Vüqar İbrahimlinin verdiyi məlumata görə, paytaxtda xidmət göstərən bütün sərnişinlərə xidmət göstərən avtobuslara vurulan reklamları çıxaracaqlar. Onun sözlərinə görə, bir neçə günə bu işlər tamamlanacaq.

“Çıxarılan reklamların yerinə Avropa Oyunları ilə əlaqəli reklamlar və loqo vurulacaq. Çıxarılan reklmaların yeri isə təmizlənəcək. Çırkli avtobuslar xətdən çıxarılacaq. Həmin avtobusun sahibkarları isə cərimələnəcək”, – deyə Vüqar İbrahimli bildirib.

Qurum rəsmisi bildirib ki, bu gün “28 may” stansiyası yaxınlığında 46 saylı sərnişin avtobuslarının üstündən reklamlar soyulub. Həmin avtobuslardan 5-nin reklamı soyulduqdan sonra onun yeri qara və çırkli olub. Avtobuslar təmizlənmədən xəttə buraxılıb. Bu səbəbdən 5 avtobus xətdən uzaqlaşdırılıb.

anspress.com

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 56
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."