Daha bir məktəbdə “Son zəng” üçün pul yığılması iddiası

media-hightechnic-468x90

308 nömrəli tam orta məktəbdə “Son zəng” tədbirinə görə vəsaitin tələb olunmasına dair iddialar həqiqəti əks etdirmir.

Yenicag.az xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi məlumat yayıb.

“Son zəng” tədbirinə hazırlıqlar Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin məktəblərə göndərilmiş müvafiq təlimatına uyğun şəkildə aparılır.

Məktəbin XI sinif şagirdlərindən dərsdə iştirakdan azad olmaq üçün ayda 100 manat tələb olunma iddiasına da münasibət bildirilib. Qeyd olunub ki, 308 nömrəli məktəbdə XI sinif şagirdləri tədris prosesində iştirak edirlər.

308 nömrəli tam orta məktəbdə “Son zəng” tədbirinə görə şagirdlərin hər birindən 150 manat, XI siniflərin dərsdə iştirak etməməsinə görə isə aylıq 100 manat pul tələb edilməsi ilə bağlı sosial şəbəkələrdə məlumat paylaşılıb. /yenisabah

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600